Millət vəkili BMT-yə səsləndi:
Siyasət
19.12.2020 20:19
321

Millət vəkili BMT-yə səsləndi: "Təzminat məsələlərində prinsipial mövqe ortaya qoysun"

"Biz Ermənistanı  diz çökdürdük. Biz mümkün olmayanı mümkün etdik. Və onu da qeyd edim ki, Ali Baş Kamandan qələbəyə imza atdı. Birincisi hərbi cəhətdən, ikincisi diplomatik cəhətdən, üçüncüsü isə informasiya cəhətdən".


Mediabaku.az xəbər verir ki, bu barədə politoloq, siyasi şərhçi; Azərbaycan Respublikası V,VI çağırış Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.


Onun sözlərinə görə, 44 gün davam edən müharibəni “ildırım sürətli müharibə” adlandırmaq olar.


“Məsələ ondadır ki, Ali Baş Kamandanın rəhbərliyi altında müzəffər ordumuz əslində mümkün olmayanı mümkün edib. Bilirsiz, mümkün olmayan niyə söyləyirəm? Bizim bu üzləşdiyimiz münaqişəni  bilirsiz hansı münaqişə ilə müqaisə edirlər? Dedilər ki, Ermənistan Azərbaycanla bağlı “Qarabağ münaqişəsi” həlli yollarının tapılmasının qəlizliyi baxımından və zaman baxımından yəqin ki, Fələstin-İsrail münaqişəsi ilə paralel gətirirdilər, ona bənzədirdilər. Fələstin-İsrail münaqişəsi 70 ildən çoxdur ki, öz həllini tapmayıb. Və həllinin tapılacağı ilə bağlı ümidləri də yoxdur. Faktiki real vəziyyət budur. Və bizim üzləşdiyimiz münaqişənin belə bir münaqişəyə bənzətmək reallığa uyğun deyil. Fikirləşirdilər ki, Ermənistanın çox güclü avadanlıqları var,  dünyada güclü erməni lobbisi var, güclü erməni diasporu var, eyni zamanda himayədarları kifayət qədər çoxdur.  Bütün bu dediklərimiz reallıqdır.


Belə olan halda  44 gün ərzində həll olunan bu münaqişəyə “ildırım sürətli müharibə” demək olar. Biz Ermənistanı  diz çökdürdük. Biz mümkün olmayanı mümkün etdik. Və onu da qeyd edim ki, Ali Baş Kamandan qələbəyə imza atdı. Birincisi hərbi cəhətdən, ikincisi diplomatik cəhətdən, üçüncüsü isə informasiya cəhətdən. Və onu da deyim ki, mən bu fikri daha öncə də səslədirmişəm Rusiyanın çox nüfuzlu siyasi xadimlərindən biri  Aleksandr Duqin deyib ki...

"Azərbaycan lideri İlham Əliyev bu gün müasir dünyamızda bir nömrəli siyasətçidir. Son dövrdə dünya miqyasında öz xalqının, millətinin, dövlətinin milli maraqlarını belə parlaq şəkildə müdafiə edən ikinci bir siyasətçi tanımıram".


Həqiqətən də möhtəşəm qələbədir. Bu, tarixi qələbədir. Biz təkcə torpaqlarımız üzərində suverenliyimizi, hüquqlarımızı bərpa etmədik. Biz, həm də bu gün ağsayan, işləməyən beynəlxalq hüququn müvafiq sənədlərini bərpa etdik. İnanın ki, BMT 2020-ci il hesabatında yazacaq ki, Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həllində 4 dəfə icra olunub. Ali Baş Kamandanımız və müzəffər ordumuz bunu tək başına icra edib”, - deyə E. Nəsirov bildirib.


O, Ermənistanın aqressiv addımlarının yeni torpaq itirmələrinə səbəb olacağını söyləyib: “Hesab edirəm ki, bu  paradistlər üçün, mədəniyyət işçiləri üçün də, yaxşı ideyalar yaradır. Məsələn Ermənistanın yeni baş naziri belə bəyanatla çıxış edib ki, Azərbaycan “işğal etdiyi” Qarabağ torpağından çıxsın. Bu çox gülməli mövzudur. Və eyni zamanda ATƏT-in Minsk qrupunu, BMT-ni və digər təşkilatları məhz, ona dəvət edir. Yəni Azərbaycanın “işğal etdiyi” torpaqları geri alın. Guya biz, Cəbrayılı, Fizulini, Ağdamı, Zəngilanı, Laçını, Kəlbəcəri işğal etmişik. Fikir verirsiz, bu nə qədər absurd fikirlərdir. Çox gülünc bəyanatlardır. Hesab edirem ki, başqa bir gülünc hadisə baş verməkdədir. Mövzumuz təkcə Fransa deyil. Nikol Paşinyanın istefasını tələb edənlər deyirlər ki, o çox səhv addım atıb, vətənə xəyanət edib, gərək imza atmayaydı. İmza atmaqla o səhv edib. Məndə sual verirem yaxşı, sizin hansı biriniz Paşinyanın yerində olsaydınız analoji addım atmayacaqdı? Bəlkə də Paşinyanın öz yeritdiyi agressiv siyasəti ucbatından onun başına bu proseslər gəlib. Lakin unutmayın ki, Azərbaycanın lideri İlham Əliyev dəfələrnən söyləmişdi ki, “Bizim də səbrimizin bir limiti var. Bəli, biz bu münaqişəni dinc yolla həll etmək istəyirik, lakin bu o demək deyil ki, biz əbədi bu vəziyyətlə barışacağıq”. 


Qətiyyən biz torpağımızın bir qarışından belə keçməyəcəyik. Ona görə bu gün Paşinyanın istefasını tələb edənlər bir anlıq özlərini onun yerinə qoysunlar. Əgər Paşinyan güzəşt etməsəydi daha ağır, daha faciəli vəziyyətlə üz-üzə qalacaqdılar. Və Cənab Prezident söylədi ki,


“Paşinyan bəllidir ki, bacarıqsız, səriştəsiz bir idarəçidir. Paşinyan son 2 ilin məhsuludur”.


Həmkarım Əziz Müəllim də şahiddir. Özü də bu proseslərdə iştirak edib. Milli Məclisdə büdcə təsdiqlənib ki, ən birinci yerdə hərbi büdcədir. Azərbaycanın 2020-ci ildə hərbi büdcəsi  təxminən 2 milyard dollara yaxındır. Müqaisə üçün işğalçı dövlət olan Ermənistanın ordusu darmadağın edilib. Onda təxminən 560 milyon büdcə ayrılmışdı. Bu gün Azərbaycan regionda hərbi büdcəsi, hərbi gücü baxımından  lider dövlətdir. Bunu hər kəs qəbul edib”.


Proffessor qeyd edib ki, BMT təzminat məsələlərində prisipial mövqe ortaya qoymalıdır.


“Azərbaycanın milli marağları dövlətimizin rəhbəri  üçün bir nömrəli məsələdir. Ən rahatı bilirsiz nədir? Ən rahatı odur ki, böyük bir dövlətin qanadları altına sığınırsan. O, səni müdafiə edir, sənə dəstək verir.  Amma bu dünyada havayı heçnə yoxdur. Və belə olanda böyük dövlətin qanadına sığınaraq, özünü hifs edirsən. Bil ki, bunun çox ciddi fəsadları var. Deməli, sən həmin dövlətin diktası altında olmalısan. Həmin dövlət hansı dövlətin xalqın maraqlarına zidd addım varsa, onu sənə deyə bilər. Və sən onu icra etməyə məcbur qalarsan. Amma biz çətin olsa da, şərəfli yol seçmişik. Biz özümüzə güvənirik. Bu isə bizi sevməyənlərin hədəfinə çevirir. Görəndə ki, dikta altında deyilsən onda səni hədəfə alıb qaralayırlar. Biz dikta edən tərəf olsaq da, ədalətli davranırıq. Qısaca onu söyləyim ki, təzminat məsələsi növbəti məsələdir. BMT-də bu var. Çox uzağa getməyəcəm 1990-cı illərdə İraqın Küveytə hücumundan sonra  BMT qərar vermişdi ki, İraq Küveytə 52 milyard dollar ödəsin.  Heç olmasa BMT bu təzminat məsələlərində prisipial mövqe ortaya qoysun”, - deyə millət vəkili fikrini tamamlayıb.

 
Ayişəgül Əhmədova

Millət vəkili
Milli Məclis
Politoloq
BMT
Təzminat
Ermənistan
Loading...