Millət vəkili İlham Məmmədov şəhid ailələri və qaziləri ziyarət etdi  - FOTOLAR
Cəmiyyət
04.01.2021 20:52
572

Millət vəkili İlham Məmmədov şəhid ailələri və qaziləri ziyarət etdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov növbəti dəfə-3 Yanvar 2021-ci il tarixində Yevlax rayonu Səmədabad kəndində İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-leytenat Soltan Məmmədovun, İkinci Qarabağ Savaşı Qazisi Fəqan Məmmədovun, Yevlax rayonu Çobankərə kəndindən Vətən müharibəsi Qazisi Yavər Həsənovun, Yevlax rayonu Kolanı kəndindən Vətən müharibəsi Şəhidi Sənan Səmədlinin, Malbinəsi kəndinən Vətən müharibəsi Şəhidi Seymur Həsənlinin və Yevlax şəhərindən Vətən müharibəsi şəhidləri Nicat Quliyevin, Nicat Səfərovun ,Cavid Təhməzovun, Yusif Yusifbəylinin və Qazi Elmir Mənsimovun evlərində olub, Şəhidlərin valideyinlərinə başsağlığı verib.


MediaBaku.az-ın xəbərinə görə, millət vəkili Şəhid ailələrinə, valideynlərinə qəhrəman övladlarının vətənin azdlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək Şəhid olduqlarını, igid Qazilərin isə bu yolda öz sağlamlıqlarından keçdiklərini vurğulayıb.


O, Şəhidlərin və Qazilərin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib və qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda Şəhid və Qazi olmuş şəxslər hər zaman olduğu kimi, bu gün də ölkə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələnib.


“Bu məqsədlə cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakı dövlətin diqqət və qayğısının bariz nümunəsidir”– deyə, millət vəkili vurğulayıb.


Görüş zamanı İlham Məmmədov da öz növbəsində Şəhid ailələrinin, Qazilərin qayğılarını dinləyib, yerində həll edilməsi mümkün olan məslələrlə bağlı aidiyyatı qurumlara müraciət edib, digər məsələlərlə bağlı qeydlər götürülərək, onların həlli istiqamətində müraciətlər olunacağını bildirib.


Loading...
Loading...