Millət vəkili İlham Məmmədov şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşüb  - FOTOLAR
Ölkə
10.01.2021 10:38
386

Millət vəkili İlham Məmmədov şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşüb - FOTOLAR

Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri və Vətən müharibəsi qaziləri  ilə növbəti görüşü 10  yanvar 2021-ci il tarixdə baş tutmuşdur. İlham Məmmədov  Yevlax şəhərindən Vətən müharibəsində  şəhid olmuş  qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləmişdir. Millət vəkili  ilk olaraq şəhid zabitimiz mərhum mayor Toğrul Bərxudarovun evində olaraq, mərhum şəhidimizin anası ilə söhbət aparmış, şəhidimizin vətən sevgisini onun anasının dilindən birdaha dinləmişdir. Şəhid anası övladının hərzaman Vətəni özünün anası adlandırdığını və müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalacağını hələ sağkən hiss etdiyini, sonda isə övladının Vətən uğrunda şəhid olduğunu bildirmişdir. İlham Məmmədov mərhum şəhidimizin vətən sevgisini dinləyərək şəhid anasına  ölkəmizin ərazi bütövlüyü uğrunda canını düşünmədən fəda edən vətənpərvər övlad böyütdüyü üçün minnətdarlıq bildirərək, hər birimizin vəzifəsindən asılı olmayaraq məhz Toğrul kimi şəhidlərimizə borclu olduğunu bildirmişdir. 

Daha sonra Millət vəkili şəhid zabitimiz mərhum mayor Rəşad Budaqovun evində olaraq şəhidimizin anası ilə qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu birdaha xatırlamışdır. Şəhid anası övladının ömrünün çox hissəsini məhz vətənin müdafiəsinə həsr etdiyini, döyüşlər başlayarkən anasına son dəfə "ana  mən sənin yanına üç rəngli vətən bayrağına sarılaraq ən ali mərtəbəyə yüksələrək gələcəm" dedi deyə bildirərək övladının ona həqiqətəndə şəhid anası olmaq kimi ən ali mərtəbəni bəxş etdiyini bildirmişdir. Şəhid mayor Rəşad Budaqov döyüş zamanı ağır yaralanmasına baxmayaraq,  bir komandir kimi ona övladları qədər doğma olan əsgərlərini tək qoymamış və yenidən döyüşlərə qatılmışdır.  Mərhum şəhidimiz son dəfə  iki azyaşlı qız övladını bu vətənə əmanət edərək, dünyaya gözlərini əbədi olaraq yummuşdur. İlham Məmmədov şəhidimizin keçdiyi döyüş yolunu dinlədikcə Rəşad kimi övladları böyüdən anaların qarşısında hər bir Azərbaycanlının borclu olduğunu qeyd etmişdir. 

Millət vəkili son olaraq mərhum şəhidimiz MAHHXHQ şəhid Emin Kazımovun evində olaraq qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu şəhidimizin atasının dilindən  birdaha dinləmişdir.  Şəhid atası övladının müharibə başlasada bunu ailəsinə bildirmədiyini qeyd edərək döyüşlərin ilk günündən ön xətdə yer aldığını, düşmənin saatlar içərisində vacib yüksəkliklərinin ələ keçirildiyini bildirərək oğlu Eminin qəhrəmancasına şəhid olduğunu və Yevlax şəhərinin ilk şəhidi olduğunu da qeyd etmişdir. Şəhid atası övladı Eminin vətəninə, torpağına olan sevgisindən danışaraq bildirmişdir ki, döyüş yoldaşları şəhidimizin qəhrəmanlıqlarından bu gündə qürur hissi ilə danışırlar.  Şəhid atası oğlunun ən ali zirvə olan şəhidlik zirvəsinə ucalması ilə fəxr edərək bildirmişdir ki, mən oğlumu Vətən üçün böyütmüşdüm və o mənim başımı bu yoldada dik tutdu. İlham Məmmədov qəhrəman atamızın əllərini sıxaraq hər bir Azərbaycanlının onun  övladı kimi qəhrəmanlara bir ömür borclu olduğunu və hərzaman şəhid atasının yanında olduqlarını diqqətə çatdıraraq, şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirmişdir. 

 Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının  məhz Toğrul  kimi, Rəşad kimi, Emin kimi şəhidlərimizə borclu olduğunu bildirmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırmışdır. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər  Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından  iştirakını  dövlətin diqqət və qayğısının  bariz nümunəsi olduğunu vurğulayan Millət vəkili  eyni zamanda ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da,  hərzaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirmişdir. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildirmişlər.  Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanmış, onların  həlli istiqamətində müvafiq qurumlara  məlumatların verilərək  qısa zamanda həlli yolunu tapacağını qeyd etmişdir.


Loading...