Milli Məclisin Ərdoğanın səfəri münasibətilə xüsusi iclasa toplanması gözlənilir
Siyasət
14.06.2021 15:26
149

Milli Məclisin Ərdoğanın səfəri münasibətilə xüsusi iclasa toplanması gözlənilir

MediaBaku.Az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri münasibətilə Milli Məclisin xüsusi iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə Oxu.Az Milli Məclisdəki mənbə məlumat verib.

Qeyd olunur ki, növbədənkənar sessiyasının xüsusi iclası iyunun 16-na nəzərdə tutulur.

O da bildirilib ki, R.T.Ərdoğanın parlamentə gəlməsi və çıxış etməsi gözlənilir.

Aqşin Kərimov

Loading...