“Minsk Qrupu artıq yoxdur, nə qədər istəyirlərsə İrəvanda...
Siyasət
15.12.2020 14:03
203

“Minsk Qrupu artıq yoxdur, nə qədər istəyirlərsə İrəvanda..." - Cümşüd Nuriyev

ATƏT-in Minsk Qrupu fəaliyyətini davam etdirə bilməyəcək. Ali Baş Komandan əslində həmsədrlərə faktiki “komanda” verdi. Bu, diplomatiyada ciddi siyasi iradə tələb edən addımdır. Prezidentimiz onlara öz yerlərini göstərdi. Əgər, bunlar mandatdan danışırlarsa, Rusiya həmin üç dövlətdən biridir və üçtərəfli bəyanat onun təklifi ilə olub. Putin çıxışında da dedi ki, Paşinyan hakimiyyətdən gedərsə, onun yerinə gələn qüvvənin üçtərəfli bəyanatdan imtinası Ermənistanın intiharı olar.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərini şərh edən siyasi şərhçi Cümşüd Nuriyev Teleqraf.com-a deyib ki, bundan sonra Minsk Qrupunun fəaliyyət göstərməsi mümkünsüz olacaq.

Onun sözlərinə görə, belə halda yalnız Fransa səs-küy sala bilər:

“ABŞ-da isə hakimiyyət savaşı gedir. Tramp yaxın bir ay ərzində ABŞ-ı hansı bəlalara sala biləcəyini düşünür. Tramp İranı da vura, Rusiyaya qarşı da addımlar ata bilər. Yəni başı özünə qarışıb. Fransa Prezidenti Makron isə cənab Ərdoğanın dediyi kimi siyasətdə təsadüfi adamdır. Əvvəllər Avropanın diplomatiyasını Fransa müəyyən edirdi. İngiltərə bu qurumdan çıxdıqdan sonra indi hər şey Almaniyanın əlindədir. Çünki Avropanın pul kisəsi almanlardır. Almaniya isə hazırda müharibədən qaçan dövlətdir. Ona görə Almanlar ümumən Ermənistanı dəstəkləmir. Ola bilsin ki, 3-5 siyasətçisi dəstəkləyə bilər. Bütövlükdə Minsk Qrupu arxivə göndərilib. Bşqa işlərlə məşğul olsunlar. Bir qurum ki, münaqişənin həllində 28 il addım atmayıb, ancaq turist kimi bölgəyə səfər edibsə, ondan heç nə gözləməyə dəyməz. Hazırda həmsədrlər Ermənistandadır. Gedib orada nə qədər istəyirlərsə görüşlər keçirsinlər. Bunun bizə dəxli yoxdur. Azərbaycan Prezidenti dövlətin və xalqın adından onlara sözünü deyib”.

Loading...
Loading...