Mirvari Şükürova ilin aktiv gənci seçildi
Cəmiyyət
28.12.2020 20:39
984

Mirvari Şükürova ilin aktiv gənci seçildi

Sosial şəbəkələrdə sosialpatformadır. Azərbaycan mədəniyyəti layihəsi çərçivəsində və İsayev qrupun təşkilatçılığı ilə keçirilən “İLİN AKTİV GƏNCİ” nominasiyasında vətənpərvərlik ruhunda işlərinə və milli mənəvi dəyərlərin təbliğinə görə, lahiyənin koordinatoru Mirvari Şükürova təltif olunub.


2017-ci ildə təməli Nicat Müslümov tərəfindən qoyulan bu layihə Azərbaycanımızın Milli mənəvi dəyərlərin təbliğinə xidmət edir. Əsasən muğamımızın təbliği və dünya ictimaiyyətinin nəzər və diqqətinə çatdırılmasına xidmət edir. Layihə çərçivəsində dəfələrlə milli ruhda konsertlər təşkil olunub, sosial şəbəkələr üzərindən muğam ifaçılarımızın tanıtımı həyata keçirilib. 14000-dən artıq izləyicisi olan bu qrup daim aktiv fəaliyyətdədir.


Vətənpərvərlik ruhda və Milli mənəvi dəyərlərin təbliğində olan xidmətlərinə görə, bu təltifə layiq görülüb.


Bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.


Loading...
Loading...