Sərnişin avtobusu aşdı:  20 ölü
Dünya
14.04.2021 17:10
77

Sərnişin avtobusu aşdı: 20 ölü

Misirdə sərnişin avtobusu yük maşınını keçməyə çalışarkən idarədən çıxaraq qəza törədib.

MediaBaku.az xarici KİV-lərə istinadla xəbər verir ki, Misirin paytaxtı Qahirənin cənubunda yerləşən Asyut şəhərində, sərnişin avtobusu bir yük maşınını keçməyə çalışarkən idarəetməni itirib. 

Bildirilir ki, qəza nəticəsində 20 nəfər ölüb, 3 nəfər yaralanıb. 

Assiut Qubernatorluğu hadisə yerinə 25 təcili yardım göndərildiyini açıqlayıb. 

Hadisə nəticəsində yaralananlar ətrafdakı xəstəxanalara aparılıb. 

Qəza ilə əlaqədar istintaq davam edir. 

Fatimə Əsədzadə

Loading...