Müalicədən imtina edərək təkrar döyüşə yollanan qazimizi tanıyaq
Müharibə
06.01.2021 18:49
595

Müalicədən imtina edərək təkrar döyüşə yollanan qazimizi tanıyaq

Məhərrəmli Nurlan Xalid oğlu 3 sentyabr 1998-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2005-ci ildə elə doğulduğu kənddə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olub, 2016 ci ildə isə həmin məktəbdən məzun olub.


2017-ci ilin aprel ayında hərbi xidmətə yollanan Nurlan, 2018-ci ilin  oktyabr ayında xidmətini başa vurduqdan sonra bir müddət polis orqanlarında çalışan Nurlan, iyul döyüşləri zamanı elan olunmuş səfərbərlikdə könüllü olaraq qeydiyyatdan keçib və könüllü müddətdən artıq kursa başlayaraq öz ərizəsi ilə işdən çıxıb.


Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən Nurlan, Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanaraq barotravma və kəllə-beyin travması almasına baxmayaraq, öz istəyi ilə müalicədən imtina edərək təkrar döyüşə yollanır.


4 noyabrda isə yenidən yanına düşən mərmi nəticəsində travma alır.


Nurlan “Cəsur döyüşçü” medalı ilə təltif olunub.


Fəxriyə Qarayeva


Loading...
Loading...