Musa Qasımzadə:
Cəmiyyət
29.12.2020 01:34
613

Musa Qasımzadə: "Hamının acısı var deyə, illərdir bizə xidmət edən sənətkarları əzmək olmaz"

"Ayıb olsun, həqiqətən də bəzilərinə. Guya hamı indi yas içindədi hə? O rəyləri yazanlar gün ərzində kim bilir nələr edir, axşam oturur klaviatura arxasında şirə dönür".


Bu sözləri gənc yazar, qiraətçi Musa Qasımzadə saytımıza açıqlamasında deyib.


"Çox təəssüf edirəm. Həm də çox. İllərin sənətkarlarının əziyyətini, zəhmətini heçə sayır bəziləri. Şəhidlərimiz var, anlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma hamının öz işi var. Hərənin öz tendensiyası var. O demək deyil ki, şəhidimiz var deyə, sənətkar qələbə konsertlərinə getməməlidir, bütün günü qara geyməlidir, klip çəkməməlidir. O demək deyil ki, biz mədəniyyətimizi təbliğ etməməliyik. Çox maraqlıdı, bir video paylaşan kimi, bir sənətkar haqqında yazan kimi altına "Allah rəhmət eləsin", "heç hənanın yeridir?" tipli lazımsız rəylər yazırlar. Ayıb olsun, həqiqətən də bəzilərinə. Guya hamı indi yas içindədi hə? O rəyləri yazanlar gün ərzində kim bilir nələr edir, axşam oturur klaviatura arxasında şirə dönür.

İçirlər, yadlarına şəhidlər düşür. Ayıbdı, valla. İllərin sənətkarları var ki, xalqımıza, bizə xidmət edib. Ölkəmizi başqa ölkələrdə təmsil edib. İndi onlar haqqında yazanda pis oluruq. Hər sahədə pisi var, yaxşısı da var. Biz heç vaxt sənətkarımıza dəyər verə bilməmişik xalq olaraq. Ancaq rəhmətə gedəndən sonra bizə şirin gəlib. Bu qədər də olmaz axı. Ancaq Cənab Prezident və Mehriban xanımın qayğısı var deyə, bizim mədəniyyət belə inkişaf edir. İnanın neçə vaxtdır elə müşahidə edirəm, daha susa bilmirəm heç cürə. Əsgərlərimizə, Silahlı Qüvvələrə kömək edib göstərirlər, yazırlar ki, göstəriş üçün edirsiz, göstərmirlər deyirlər ki, etmirlər. Bizim millətə yarımaq olmur. Bilmirəm bu sənətkarlara nə veriblər, ala bilmirlər? Əlbəttə söhbət əsl sənətkardan gedir. Mən də bilirəm, özünə hörmət etməyənlər çoxdu. Amma bizim yaşayan şedevrlərimiz var. Heç olmasa onlara hörmət qoyaq. Çox sevinirəm ki, Şuşada qələbə konserti keçirildi bu yaxınlarda. Bizim milli-mənəvi dəyərimiz olan Muğam illər sonra Şuşada eşidildi. Mənim üçün bundan xoş xəbər ola bilməzdi. Sonda bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ailələrinə isə səbr diləyirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm"

Loading...
Loading...