Siyasət
07.12.2020 14:03
200

"Müşahidə Mərkəzi Laçında və ya Kəlbəcərdə olsaydı, çox çətin olardı" - FOTO

Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsi sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərin monitorinqinin aparılması üçün çox əlverişlidir. Ağdamın ərazisi elə imkanlar yaradır ki nəzarət həm şimal, həm də cənub istiqamətlərində proporsional şəkildə aparılsın. Ağdam sanki Dağlıq Qarabağı iki hissəyə parçalayır. Buradan Xankəndiyə 25 km, Ağdərəyə təxmiən 18-20 km, Xocəvəndə təxminən 30 km lik məsafə var.

Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsi sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərin monitorinqinin aparılması üçün çox əlverişlidir. Ağdamın ərazisi elə imkanlar yaradır ki nəzarət həm şimal, həm də cənub istiqamətlərində proporsional şəkildə aparılsın. Ağdam sanki Dağlıq Qarabağı iki hissəyə parçalayır. Buradan Xankəndiyə 25 km, Ağdərəyə təxmiən 18-20 km, Xocəvəndə təxminən 30 km lik məsafə var.

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ağdamı Dağlıq Qarabağ ərazisi ilə birləşdirən nəqliyyat rabitələrinin olması çox vacibdir:

"Xəritədən də görünür ki, Ağdam rayonunun əlverişli coğrafi mövqeyi səbəbindən Ağdam şəhərində həmin bu müşahidə məntəqəsinin fəaliyyəti daha səmərəli ola bilər. Ağdamdan Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan ərazilərə gedən çoxsaylı avtomobil yolları var. Bu da, əlbəttə ki, Ağdamın coğrafi üstünüyündən xəbər verir. Bilirik ki, bu zonaya müşahidə dronlar vasitəsilə həyata keçiriləcək və dronlar üçün müəyyən xüsusi anqar tipli qurğular tikmək lazımdır. Bu infrastrukturun qurulması da, yəqin ki, yaxın müddətdə baş verəcək, yəni xüsusi anqarlar və təmir boksları inşa ediləcək. Mərkəzin fəaliyyəti uzun müddətli, ən azı 5 illik müddəti əhatə edəcək.

Ona görə də Ağdamı Azərbaycanın digər rayonları ilə və eyni zamanda Ağdamı Dağlıq Qarabağ ərazisi ilə birləşdirən nəqliyyat rabitələrinin olması çox vacibdir. O yollardan artıq əsas magistrallar - Ağdərəyə, Xankəndinə, Xocavəndə, Xocalıya və digər yaşayış məntəqələrimizə doğru fəaliyyətə başlayıb. 

Bu məkanın coğrafiyası elə qurulub ki, Ağdamın yüksək nöqtələri ilə Dağlıq Qarabağın - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd rayonlarının yerləşdiyi məkan coğrafi baxımdan eyni məkandır. Orta hündürlükdə olan dağlardır, tədricən qərbə tərəf gedəndə onlar artıq yüksək dağlarla əvəz edilir. Orta dağ silsilələri məhz bu coğrafiyanı əhatə edir. O da çox vacib bir amildir.

Məsəl üçün, bax bu Mərkəz, yəqin ki, Laçında və ya Kəlbəcərdə yerləşdirilə bilməzdi. Çünki o Mərkəz bu ərazilərdə olsaydı, o zaman Mərkəz vasitəsilə Dağlıq Qarabağın digər regionları ilə əlaqə qurmaq çox çətin olardı. Qarabağ dağ silsiləsi oradan keçir və Qarabağ dağ silsiləsi Kəlbəcərlə Laçını Dağlıq Qarabağın sülhməramlılar yerləşdirilən ərazilərini ayırır. Amma Ağdam istiqamətində belə bir təbii istehkam yoxdur. Burada məkan açıqdır. Ona görə də Ağdamın coğrafi baxımdan da çox əlverişli yerdə yerləşməsi imkan verir ki, bu ərazilərə müşahidəçi qruplar tam nəzarət etsin".


Loading...
Loading...