Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub Ötən gün respublikanın
Hadisə
18.06.2021 12:53
65

Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub Ötən gün respublikanın

Ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb.

Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir. Yanğınla mübarizəyə nazirliyin müvafiq qüvvələri, o cümlədən bir ədəd helikopteri cəlb olunub.

Loading...