Naira Zöhrabyan yalan danışaraq özlərini təmizə çıxarmaq istəyir  - FOTO
Siyasət
05.12.2020 10:06
168

Naira Zöhrabyan yalan danışaraq özlərini təmizə çıxarmaq istəyir - FOTO

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan Talış kəndində  ermənilərə aid olan abidələrin dağıdıldığını iddia edib. Feysbuk səhifəsində paylaşım edən deputat paylaşıma şəkillər də əlavə edib və hadisənin Talış kəndi Azərbaycnın nəzarətinə keçdikdən sonra  baş verdiyini bildirib, bunu vandalizm aktl adlandırıb.  Deputat daşların üzərinə Azərbaycan dilində yazılar yazıldığını da vurğulayıb. Ermənistan mediası deputatın bu fikirlərini tirajlayıb.

Saxta.info erməni deputatın bu iddiasını, daha dəqiq desək şəkildə əksini tapan daşların abidə olub-olmadığını, tarixi əhəmiyyət daşıyıb-daşımadığını və digər məqamları araşdırıb.

Qeyd edək ki, Tərtər rayonunun Talış kəndi  oktyabrın 3-də Ermənistan silahlı qüvvələrinin  işğalından azad edilib.

Talış kəndi ərazisində iki tarixi-memarlıq abidəsi qeydiyyata alınıb. Bunlardan biri Ürəkvəng alban monastırı, digəri Talış yaşayış yeri adlı arxeoloji abidədir. Qeyd edək ki, Ürəkvəng alban monastırı 13-cü əsrə aid  xristian monastır kompleksidir. Monastırın adı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində çəkilir.

Giriş qapısı üzərindəki kitabədə monastırın 1279-cu ildə inşa edildiyi qeyd olunub.  Əksər alban kilsəsləri kimi Ürəkvəng kilsəsində də müxtəlif dövrlərdə inşaat-yenidənqurma işləri aparılsa da, altar apsidasının ilkin memarlıq quruluşu  saxlanılıb.

Göründüyü kimi tarixi mənbələr Talış kəndinin ərazisindəki abidənin qədim alban kiləsisi olduğunu göstərir.  

Naira Zöhrabyanın təqdim etdiyi fotodakı daş parçaları isə nə qədim abidəyə, nə də hansısa monastıra oxşamır. Buradakı tikililərin son dövrlərdə inşa edildiyi orada istifadə oluna materiallardan da görünür.  Tikili elə ilk baxışdan daha çox xatirə kompleksinə bənzəyir. Xatirə kompleksi  vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf  olunur. Talış kəndində əvəllər belə bir xatirə kompleksinin salındığına dair mənbələrdə bilgi yoxdur. Görünür Ermənistan silahlı qüvvələri  kəndi işağl etdikdən sonra burada  öz hərbçilərinin “xatirəsinə” belə bir  kompleks salıblar.  Naira Zöhrabyan bu məqamı qabartmasa da onun statusuna  rəy yazan ermənilərin paylaşdığı şəkillər ərazidə xatirə kompleksi salındığını sübut edir. 

Настя из Баку teleqram kanalında qeyd olunur ki,  kompleksdə 2016-cı ilin aprelində Talış ərazisində gedən döyüşlərdə ölən ermənilərin “xatirəsinə” xaçkar qoyulub.  Teleqram kanal məntiqli olaraq qeyd edib: “işğalçının xatirəsinə abidə”. Daha sonra isə sual ünvanlayıb: “həqiqətən düşünürlər ki, Azərbaycan separatçıların bu qalığını qoruyacaq?”.

“Abidənin” kənd Azərbaycanın nəzarətinə keçdikdən sonra dağıdılması ilə bağlı iddia da hansısa formada sübutunu tapmır. Ola bilər ki, bu daşlar elə Talış kəndi ərazisində  gedən döyüşlər zamanı dağılıb. Yaxud da  kim deyə bilər ki, bu, erməni hərbçilərin əraziyə mərmi  atması nəticəsində baş verməyib?

Bundan başqa separatçıların, terrorçuların “xatirəsinə” qoyulan abidə və ya lövhələrin ömürünün uzun çəkməməsinə dair misallar çoxdur.  Elə ötən il Rusiyanın Armavir şəhərində erməni əsilli terrorçu, faşistlərlə əlbir olaraq SSRİ-yə qarşı vuruşan Qaregin Njdenin “xatirəsinə” qoyulan lövhəni şəhər dumasının deputatı  Aleksey Vinoqradov  qara rəngə  boyamışdı.  Bundan başqa  Qaregin Njdeyə Ermənistanın paytaxtı İrəvanda abidə qoyulması rəsmi Moskvanın da kəskin etirazına səbəb olmuşdu.  Rusiya Xarici İşlər Nazirliyi nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı vəziyyətə dair məruzə təqdim   etmişdi.  

O ki qaldı, daşların üzərindəki Azərbaycan adları və digər yazılara, müharibə tarixində belə hallar olub. Elə İkinci Dünya müharibəsində Berlin alınanda Reyxstaqın binası üzərinə  müxtəlif dillərdə onlarla söz yazılıb. Həmin yazılar indi də salanılır və bu, dünya tarixində təhqir və vandallıq adalandırılmayıb.

Saxta.info qeyd olunan məqamları nəzərə alaraq bu qənaətə gəlib ki,  Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyanın dedikləri tamamilə əsassızdır və manipulyasiya cəhdidir. 

Loading...