NATO böhranı böyüyür! Rusiya bu ölkələri yenə hədələdi
Dünya
16.05.2022 16:25
904

NATO böhranı böyüyür! Rusiya bu ölkələri yenə hədələdi

Rusiya növbəti dəfə Finlandiya və İsveçi hədələyib.


MediaBaku.az xəbər verir ki, NATO-ya üzv olmaq istədiklərini açıqlayan Finlandiya və İsveç ilk reaksiyanı Rusiyadan görüb. 


Bu vəziyyəti təhdid kimi qəbul etdiklərini bildirən Kreml iki ölkənin geri addım atmamasından sonra növbəti dəfə qorxuya düşüb: 


"Bu, böyük səhvdir. Bunun çox böyük nəticələri olacaq.


 Bizə aydındır ki, bu qərar nəticəsində İsveç və Finlandiyanın təhlükəsizliyini gücləndirmək mümkün deyil.


Hərbi gərginliyin ümumi səviyyəsi artacaq", - deyə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.


Finlandiya və İsveç keçən həftə NATO-ya müraciət edəcəklərini açıqladıqdan sonra bütün dünyanın gözü bu bölgəyə zillənib. 

Loading...
Loading...