Nəfəs haqda nələri bilirik?
Psixoloq, Zəhra Zahidova
28.04.2022 22:58
3530

Nəfəs haqda nələri bilirik?

Nəfəs haqqında deyiləcəklər nəinki bir posta, heç 10 posta da sığmaz. Çünki nəfəsi az qala həyatın hər sahəsində istifadə edirlər. Diksiya təlimlərində, şan dərslərində, xəstəlikləri şəfalandırmaq, rahatlamaq üçün, meditasiya zamanı və daha bir çox yerdə...


Nəfəs bədənimizi harmoniyada saxlaya bilir, onun hüceyrələrimizi sağlamlaşdırmaq xüsusiyyəti var. Bilməliyik ki, nəfəs alıb-verməyin insanı həyatda saxlamaqdan başqa funksiyaları da bir çox terapiya metodunda, spritual çalışnalarda nəfəsin əhəmiyyətli yeri vardır.


Əgər siz nəfəsi idarə etməyi bacarsanız ağlınıza gələn və gəlməyən hər şeyi idarə edə bilərsiniz: münasibətlərinizi, düşüncələrinizi, yuxularınızı və s.


Təbiətdə ən yavaş, uzun və dərin nəfəs alan canlılar, həm də ən uzun yaşayan canlılardır. Məsələn balina, dəqiqədə 2 dəfə nəfəs alır 200-300 il ömrü var. Böyük tısbağalar dəqiqədə 2-3 dəfə nəfəs alır və təxmini 190-220 il yaşaya bilirlər. İnsanın dəqiqə ərzində nəfəs alma sayı 12 ilə 15 arasında dəyişir.


Gördüyünüz kimi, nəfəs alma - tənəffüs forması, vaxtı və uzunömürlülük arasında bir əlaqə var. Bir insan düzgün nəfəs texnikalarından istifadə etməklə öz ömrünü uzada və daha sağlam, dolu-dolu yaşaya bilər. Bir insan ömrünün uzunluğunun 160 il civarında olduğu təxmin edilir. Düzgün nəfəs texnikaları bu müddətə yaxınlaşmamıza, ən azından həyat keyfiyyətinizin artmasına səbəb olacaq.


Ruhsal oyanış yolunda da nəfəs vacib elementlərdəndir. Bu yolun başlanğıcı düzgün nəfəs texnikaları və meditasiyalar ilə başlayır.


Hər bir psixoloqun seanslarında istifadə etməli olan ən başlıca terapiyalardan biri məhz Nəfəs Texnikası olmalıdır


Zəhra Zahidova

Gənc psixoloq, yaşam koçu Türkiyənin Azərbaycandakı nümayəndəsi, ZZ Group Academynin təsisçi və rəhbəri 

Seanslara qeydiyyatdan keçmək üçün:

+994703428806

https://www.instagram.com/psixoloq_zehrazahidova/

Yaşam koçu
Psixoloq
Zəhra Zahidova
Loading...
Loading...