Neftçalada şəhidlərimizin xatirəsinə ağac əkmə aksiyası keçirilib  - FOTOLAR
Cəmiyyət
29.12.2020 16:52
360

Neftçalada şəhidlərimizin xatirəsinə ağac əkmə aksiyası keçirilib - FOTOLAR

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir. 


Bu istiqamətdə görülən işlərin davamı olaraq dekabr ayının 29-da Milli Qəhrəman Samid İmanovun adını daşıyan küçədə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac,  mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.


Ağac əkmə aksiyasında Neftçala  RİH Başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada  təbiətin və ekoloji mühitin  mühafizəsi, biomüxtəlifliyin  qorunması  istiqamətində  çox saylı  tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.   


Loading...