“Neftçi”nin viza problemi ilə üzləşmiş futbolçuları bilindi -  ADLAR
İdman
15.06.2021 19:44
75

“Neftçi”nin viza problemi ilə üzləşmiş futbolçuları bilindi - ADLAR

Azərbaycan çempionu “Neftçi”nin hansı futbolçularının viza problemi ilə üzləşdiyi bəlli olub.

MediaBaku.Az Oxu.Az-a istinadən  xəbərinə görə, bunlar afrikalı futbolçular – seneqallı Mamadu Mboc, nigeriyalı Yusuf Laval və qvineyalı Mamadu Kanedir.

Mərakeş əsilli Sabir Buqrin isə Belçika vətəndaşı olduğundan, onun Şengen vizasına ehtiyacı yoxdur.

Sözügedən üç futbolçuya Sloveniyaya təlim-məşq toplanışına getmək üçün viza açılmadığından, komanda ora iki gün daha gec getməli olacaq. Belə ki, pandemiya səbəbindən vizaların alınmasında məhdudiyyətlər yaranıb.

Qeyd edək ki, “Neftçi” ilkin plana əsasən Sloveniyada 16-30 iyun tarixlərində təlim-məşq toplanışı keçməli idi.

Səbuhi Musayev

Loading...