Nərimanov rayon gəncləri Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşıladı - FOTOLAR
Ölkə
07.09.2021 21:55
1269

Nərimanov rayon gəncləri Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşıladı - FOTOLAR

Nərimanov rayon gəncləri Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşıladı.

07 sentyabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılandı.

Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci oldu. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.

Loading...
Loading...