Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə”  layihəsi davam edir  - FOTOLAR
Ölkə
29.11.2021 23:14
108

Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsi davam edir - FOTOLAR

27 noyabr 2021-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ““Addım - addım Vətən” adlı düşərgə”  layihəsinin daha bir təlimi keçirilib.


Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə, Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və Mərdan Şahiyev, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramil İsmayılov və 30 nəfər fəal gənc iştirak etmişlər.


İlk öncə "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi böyük gənclik kütləsinə sahib olan Nərimanov, Binəqədi və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması funksiyası daşıyır.


Sonra Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən Müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.


Daha sonra Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və Mərdan Şahiyev çıxış edərək qeyd etdilər ki, böyük Qələbəmizin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə elə bir zəfər salnaməsi yazıb ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən komitə sədrinin birinci müavini tarixi Zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıblar. Onlar bildirdilər ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirdi.


Sonda Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və Mərdan Şahiyev gəncləri maraqlandıran sualları cavablandırdılar.


Loading...
Loading...