Nəzrin Eyvazova:
Cəmiyyət, FOTO
10.12.2020 17:18
693

Nəzrin Eyvazova: "Amid Məmmədovu unutmayaq, bu son gediş, son vida..." - VİDEO (FOTOLAR)

2783 şəhid...

2783 ucalıq...

2783 arzu, dilək, yarımçıq qırılmış ömür, istək... 

Onlardan 6-sı bizim Qazax rayonunun Xanlıqlar kəndinin igid oğullarıdır.

Bizim mərd, ziyalı oğul və qızları ilə seçilən Xalq şairi Mirvarid Dilbazinin ata yurdu olan gözəl, səfalı kəndimizin ölməzlik zirvəsinə ucalan, Vətən arzusuyla dastan yazan igid oğulları:

Amid Məmmədov;

Qismət Həmişəyev;

Elşən Orucov;

Pərvin İsgəndərov;

Teymur Əliyev;

Elçin Qurbanov


Hansınızdan söz açım, bilmirəm?!..

Hansınızın şəninə söz deyim, bilmirəm?...

Nə qədər söz desəm də, Sizin o ucalığınız qarşısında əriyib gedəcək...

Sən də onlardan biriydin, Amid!

Sən də bu torpaqdan parvazlanıb boya-boşa çatmışdln. 


Amid Müqabil oğlu Məmmədov


Az qala bir həyətdə böyümüşdük.

Divar qonşumuz, söz söykəyimiz, qardaşımız, əzizimiz, qohumumuz, yaxınımız idin... Nə sözümüz-sovumuz, çətinliyimiz olsaydı, çəkinmədən sənə deyərdik. Sənə güvənirdik, arxalanırdıq.

Səni bütün kənd sevirdi. Ağlına, tərbiyənə, əqidə saflığına görə...

Hərbiçi idin. Atanın yolu ilə getmişdin. Səni hər dəfə hərbi geyimdə görəndə qürur duyurduq. İllərdir ki, soyuq - isti bilmədən ev-eşiyindən, şimşirin balalarından perik düşmüşdün.

Bu son gedişin yaman ağır oldu, Amid!...

Bu son gedişin bizi sənsiz qoydu...

Gəlin qəhrəmanımızla bir az da yaxından tanış olaq:


Amid Müqabil oğlu Məmmədov 1987-ci il aprel ayının 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Gizirlik məktəbində oxuyub, ordu hissələrindən birində hərbi xidmətdə olub. 2013-cü ildə məktəb illərindən sevdiyi Abuhəyatla ailə həyatı qurmuşdu.

3 və 5 yaşlarında Esmira və Nisə adlı iki gözəl qız övladı var.


Amid Məmmədov Aprel döyüşlərində iştirak etmişdi. Bu döyüşlərdə şücaət göstərdi. Qolundan yara alan Amid İkinci Vətən müharibəsi başlayan kimi ilk gündən yenə cəbhəyə yollandı. 

Bu dəfə də Vətənin dar günündə son dəfə ailəsi ilə vidalaşaraq, qızlarını bağrına basıb döyüşə getdi...

Amid Məmmədov Şuşa uğrunda gedən döyüşdə Şəhid olmuşdur.

Amid Məmmədovun evindən çıxdığı, cəbhəyə yollandığı günün son görüntülərini əks etdirən video çəkilişinə nə qədər baxdığımın sayını belə itirmişəm. Bu nə möcüzəydi belə... 

İçinəmi doldu geri dönə bilməyəcəyin?

 

Ona görəmi bağrına basdın körpələrini? Ürəyimizi dağladın, Amid! 

Qoxularını içinə çəkdiyin balalarını kimə qoyub getdin, axı!

Şəhadətin mübarək, qardaşım


Atanın dayağı, ananın fəxri, bacının isə qolu-qanadı idin, Amid. Sözlər belə bu acının qarşısında acizkən sənin valideynlərin necə dözsün bu dərdə. İndi onlar sənin əmanət etdiyin körpələrinə sarılaraq tutunacaqlar incidikləri bu həyata...


Mən gəncəm. Cəmi 20 yaşım var. 

Mən artıq daha yaxşı başa düşürəm şəhid verən ailənin acısını.

O gün toyunda olduğu kimi hər kəs bir yerə toplaşmışdı, amma tək fərq o idi ki, bu dəfə şad günün üçün deyil də, son mənzilə yola salmaq üçün bir arada idik.  


Bu gün qoyub getdiyin o iki körpə, gül üzlü qız övladların - 3 yaşlı Esmira və 5 yaşlı Nisən bizlər üçün bir təsəllidir.

Bu gün onlar baş verənləri dərk etmək üçün çox kiçikdilər. 

Amma vaxt, zaman keçəcək, olar Şəhidlik zirvəsinə ucalan igid ataları Amid Məmmədovla həmişə fəxr edəcək, onun övladları olduqlarına görə qürur duyacaqlar.


Sən atanın dayağı, ananın fəxri, bacının isə qolu-qanadı idin, Amid!

Başını dik tut, Şəhid anası! 

Məğrur dayan, Şəhid atası! 

Gün sizin gününüzdür! 

Qarşınızda baş əyirik! 

Tək diləyim var: Allah atana uzun və sağlıqlı ömür nəsib etsin, o körpələrin başı üzərində dursun hər zaman, indi o tək baba deyil, həm də bir atadır sənin övladlarına...

Allah Anana, çox sevdiyin ömür-gün yoldaşına, istəkli bscına səbr versin. 

Sözlər belə bu acının qarşısında acizkən sənin valideynlərin necə dözsün bu dərdə. İndi onlar sənin əmanət etdiyin körpələrinə sarılaraq tutunacaqlar 


30 ilin qaysaq bağlamayan yarası sağaldı Vətənimin.

Can Vətən!

Daha parça-parça deyilsən!

Sən də bütövsən,Qazağım!

Sənin də yaran sağaldımı,Şəhidim?

Gör necə bir gündə eşitdik bu xəbəri..

Yoxluğunun 7 günü..

Rahat uyu! Nurlar içində yat! 

Ruhun şad, məkanın cənnət olsun, 

qardaşım, axıtdığın qan boşa getmədi.

Azadlığı uğrunda çarpışdığın Qarabağ bizimdir!

Loading...