“Nikol Zod qızıl yatağını Azərbaycana təslim etdi”  – Göyçə erməniləri qaçmağa başladı
Siyasət
27.11.2020 12:52
24

“Nikol Zod qızıl yatağını Azərbaycana təslim etdi” – Göyçə erməniləri qaçmağa başladı

Dünən sosial şəbəkələrdə yayılan “Azərbaycan əsgərləri ermənilərin ərazilərimizin 1,5 km daxilinə doğru qoyduğu darvazanı və sərhəd xətlərini darmadağın edib, bölgədən erməni hərbçilərini qovublar” xəbəri bütün Ermənistanda, o cümlədən ərazi ilə həmsərhəd olan Ermənistanın Vardenis bölgəsində zəlzələ effekti doğurub.

“Paşinyan, başa düş, erməni xalqı çox əsəbidir, Nikol Əliyev qarşısında öhdəlik götürüb ki, Ermənistan ərazisini də Azərbaycana verəcək. Buna görə bütün Vardenis əhalisi qorxu və pərişanlıq, əsəb içərisindədir”, – deyir bir istifadəçi. O bildirir ki, hələ SSRİ dövründən Zod yatağını “Hay Gold” CJSC tərəfindən işlədilirdi. Suren Parsyan isə daha qorxunc rəqəmlərə baş vurur: Ermənistanın ən böyük dördüncü vergi ödəyicisi artıq əldən çıxdı. Nikol onu təslim etdi. Armen Grigoryan, Mher Mkrtchyan ve Hrant Tokhatyan beynəlxalq təşkilatlara müraciət etməyə dəvət edir. Dünən əslində nə baş verib? Dünən Zod yatağından baş verən olaydan sonra Kəlbəcərlə sərhəd Basarkeçər (Vardenis) erməniləri qarşılarında Azərbaycan əgərlərini görəndən sonra bölgədən qaçış başlayıb.

Yaşanan hadisələrlə bağlı video çəkən 2 erməni hərbçi gənci onları utanc gününə qoyan Paşinyanı rəzil ediblər.

“Nəyə gülürsən, Nikol? Türk ordusu gəldi, dişlərini ağardırsan, Bəlkə, Azərbaycandan xüsusi kredit də alsan, buralarda iş qurmaq üçün… “Ural”ları ilə gəldilər, indi bizə yalnız buranı tərk etmək qalır… Yaşayırsansa, səs ver, Nikol…”

Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidməti

Loading...