Siyasət
09.01.2021 11:58
437

"Nizami ili" bəşəri Şairin həyat və yaradıcılığının təhlili üçün böyük imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.


SİA
 2021-ci ilin "Nizami ili" elan olunması ilə əlaqədar Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalının müsahibəsini təqdim edir.


- Günay xanım Cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami ili" elan edilməsi Nizami irsinin yenidən dünyaya tanıdılmasına nə kimi töhfələr verəcək?


- Ölkə Prezidenti Cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunub - saxlanılması, təbliği, dünyada tanıdılması istiqamətində daim çalışırlar. Möhtərəm Prezidentin sərəncamı ilə 2021 - ci ilin "Nizami ili" elan edilməsi dünyada humanizm və demokratik düşüncələri ilə seçilən XII əsrin görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə və yaradıcılığına sayqının ifadəsidir.

Bilidiyimiz kimi Nizami Gəncəvinin əsərlərində insan haqqlarının müdafiəsi, şəxsiyyətin azadlığı, onun fikir müstəqilliyi əsas yer tutur. Bu gün biz demokratik, azad və müstəqil ölkədə yaşayırıq. Əlbəttə, bu baxımdan Nizami yaradıcılığına göstərilən sayqının bütün dünya ictimaiyyətinə çatdırılması çox önəmlidir. "Nizami ili" ilə bağlı istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda tədbirlərin təşkili Nizami Gəncəvi yaradıcılığının dünyaya tanıdılmasında müstəsna rolu olacaqdır.


- "Nizami ili" elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımıza və mədəniyyətimizə göstərilən qayğının təzahürü kimi qəbul etmək olar?


- 2021 - ci ilin "Nizami ili" elan olunması Azərbaycanın həm klassik ədəbiyyatına həm də mədəniyyətinə göstərilən qayğının birmənalı təzahürüdür. Xatırlatmaq istərdim ki, bundan öncə 2019 - cu ilin "Nəsimi ili" elan olunması xalqımızın bədii və fəlsəfi mütəfəkkiri İmadəddin Nəsiminin zəngin irsinə göstərilən diqqətin tərənnümü idi.


- "Nizami ili" Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün hansı imkanlar yarada bilər?


- 8 əsrdən artıqdır ki, Nizami Gəncəvi yaradıcılığı xalqımız tərəfdən qorunub - saxlanmaqda, nəsildən-nəslə ötürülməkdədir. "Nizami ili" heç şübhəsiz ki, Nizami yaradıcılığının öyrənilməsi istiqamətində geniş imkanlar yaradır. "Nizami ili" ilə bağlı keçiriləcək tədbirlər, bu baxımdan elmi araşdırmalar aparılması, Nizami mədəniyyətinin həm qorunub - saxlanması, həm də dünyada geniş öyrənilməsi üçün çox əlverişli olacaqdır.


- Prezident İlham Əliyevin “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yarada bilərmi?


- "Nizami ili" bəşəri şair Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi və təhlili üçün böyük imkanlar yaradır. Şairin əsərlərini oxuduqca, öyrəndikcə daha çox tərbiyəvi xarakterin geniş yer almasının şahidi oluruq. Təbii ki, bu baxımdan şairin ədəbi irsinin öyrənilməsi istiqmətində tədbirlərin keçirilməsi onun yaradıcılığının bütün dünyada eləcə də Türk dünyasında daha geniş öyrənilməsi və təbliği üçün şərait yaradacaqdır.


- Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tolerantlığın, multikulturalizmin, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təbliği üçün mühüm beynəlxalq plaforma olmasını nəzərə alaraq Nizami Gəncəvi ili beynəlxalq münasibətlər baxımından hansı əhəmiyyət daşıyır?


- İlk öncə qeyd etmək istərdim ki, Ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün həm ölkədə, həm də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar bütün sahələrdə olduğu kimi multikulturalizm sahəsində də öz əksini tapır. Ölkəmizdəki tolerantlıq, multikulturalizm bu gün bütün dünya üçün örnəkdir. Azərbaycanda Pravoslav kilsələri, gürcü kilsələri, sinaqoqlar, Qafqaz Albaniyası kilsələri, həmçinin erməni kilsəsinin saxlanılması multikulturalizmin əyani sübutudur. Lakin erməni vandallarının işğal etdikləri torpaqlarımızdakı məscidləri, dini və mədəni abidələrimizi yerlə - yeksan etməkləri, vəhşicəsinə yanaşmaları, orada heyvan saxlamaqları bu gün bütün dünya ictimaiyyətinə açıq şəkildə çatdırılmaqdadır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın bir çox ölkələri ilə, müxtəlif təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Nizami Gəncəvinin tolerantlıq və qarşılıqlı anlaşma ideyalarını önə çəkərək onun irsinin bütün dünyaya təbliğ olunması ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzin əminəm ki, "Nizami ili" ilə bağlı uğurlu fəaliyyəti olacaq, bu baxımdan beynəlxalq münasibətlərə öz töhfəsini verəcəkdir.

Loading...
Loading...