Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərədə tutulur - Samir Şərifov
İqtisadiyyat
23.12.2020 12:04
103

Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərədə tutulur - Samir Şərifov

Növbəti ildə neft sektorundan gələn gəlirin xüsusi çəkisinin 4 faiz azalması nəzərədə tutulur.


MediaBaku.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.


Nazir bildirib ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun gəlirlərdə xüsusi çəkisinin artırılmasıdır.


"Gələn il qeyri-neft sektorundan 5 milyard 674 milyon manat vergi daxilolmaları gözlənilir".


S.Şərifov vurğulayıb ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqinə nəzərə alaraq bu il mənfəət vergisində artım gözlənilmir.

Loading...