Noyabrın son gününün HAVA PROQNOZU
Ölkə
30.11.2021 07:56
174

Noyabrın son gününün HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən MediaBaku.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq.


Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Loading...
Loading...