Oğlunun ad günündə şəhid olan Xüsusi Təyinatlı Komandirin keçdiyi şərəfli ömür yolu  – TANIYAQ
Müharibə
06.01.2021 09:36
361

Oğlunun ad günündə şəhid olan Xüsusi Təyinatlı Komandirin keçdiyi şərəfli ömür yolu – TANIYAQ

MediaBaku.az rezonans.az-a istinadən Vətən Müharibəsində Füzuli, Hadrut və Cəbrayıl istiqamətində qəhramancasına şəhid olan Xüsusi Təyinatlı Komandir kəşfiyyatçı mayor Azər Əmrah oğlu Mikayılovun şərəfli ömür yolundan bəhs edərək sizlərə təqdim edir.

Azər Əmrah oğlu Mikayılov 1 Avqust 1980-ci ildə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində ziyalı bir ailədə anadan olmuşdur. Özunu dərk etdiyi uşaqlıq illərindən ölkəmizə- xalqımıza qarşı ermənilərin çirkin əməllərini görən Azər Mikayılov ürəyində bir qisas hissi oyadaraq öz gələcək həyat yolunu vətənin müdafiəsinə həsr etmək üçün herb yolunu seçdi. 1997 – ci ildə orta məktəbi bitirərək 1998 – 2002 ci illərdə Bakı Alı Hərbi Məktəbində təhsil almışdır. 2002-2003 -cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirib leytenant herbi rütbəsinə layiq görülərək vətənimizin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil edilmişdir.

Azər Mikayılov hərbi fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun ordusu daxilində Hərbi Hissənin Motoatici tağım komandiri kimi başlamışdir. Az bir müddətdən sonra O, Hərbi Hissənin Kəşfiyyat bölüyünə tağım komandiri kimi təyin edilmişdir. Günü-gündən hərbi sirləri əldə edərək və əsl kəşfiyyatçi kimi formalaşaraq Hərbi Hissədə Kəşfiyyat bölüyünün komandiri, Hərbi Hissənin Kəşfiyyat rəisi, Əlahiddə Ümumqoşun ordusunun daxilində ” Xüsusi Təyinatlı Taborun” qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, Tabor komandirinin müavini ve Tabor komandiri vəzifələrini icra etmişdir.

Bu dövr ərzində Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasinin müdafiəsində boyük xidmətləri olub, onun birbaşa rəhbərliyi altında bir neçə ermənilərin nəzarətində olan postlar götürülərək dahada sərhəd müdafiə sistemi möhkəmlənmişdir, hetda hemin postlardan biri onun adini dasiyir. Həmcinin O, 2016 -cı il aprel döyüşlərinə qatılaraq lələtəpə yüksəkliyinin azad olunmasinda fəal iştirak etmişdir.

O , Vətən müharibəsindən bir neçə aylar əvvəl Naxçıvan Muxtar Respublikasından Beyləqan-Fizuli rayonu ərazisində yerləşən N saylı xüsusi təyinatlı Hərbi Hissəyə göndərilmişdir. Azər Mikayilovun son hərbi fəaliyyəti həmin Hərbi Hissənin qərargah rəisi və Hərbi Hissə komandiri vəzifələrini icra etmişdir.

27 sentyabr 2020 – ci ildə başlayan Vətən müharibəsi zamani Azər Mikayılov qəhrəmancasına vətənin müdafiəsinə başlamışdir. O, özü və tabeliyində olan şəxsi heyətlə birgə Füzuli-Cəbrayıl-Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılmış, gedən döyuşlərə birbaşa rəhbərlik etmiş, böyuk qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin- coxlu sayda yaşayış məntəqələrinin azad olunmasinda, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 12 Oktyabr 2020 ci il tarixinde Fizuli- Cəbrayıl istiqamətində gedən agir döyüşlərdə düşmənə agır zərbə vuraraq qəhramancasina şəhid olmuşdur.

Azər Mikayilov hərbi xidməti dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan lll dərəcəli ” Qüsursuz xidmətə görə” medalı, ll dərəcəli ” Qüsursuz xidmətə görə” medalı, l dərəcəli ” Qüsursuz xidmətə görə” medalı, ” Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, ” Azərbaycan Silahlı Qüvvələrinim 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ” yubiley medali onun igidliyinin -qəhrəmanlığının bariz nümunəsidir.

Azər Mikayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamina əsasən ” Qarabağ” ordeni “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.


Loading...
Loading...