Oğlunun tərxis xəbərini eşidən ana sevincindən ürəyi partladı
Hadisə
10.01.2021 13:27
740

Oğlunun tərxis xəbərini eşidən ana sevincindən ürəyi partladı

Şirvan şəhərində üzücü hadisə baş verib.

Oğlunun tərxis xəbərini eşidən ananın ürəyi partlayaraq rəhmətə gedib. MediaBaku.az  bildirilir ki, üzücü hadisə Şirvan şəhərində baş verib. 1965-ci il təvəllüdlü Qasımov Sevda Həsən qızı oğlu-1996-cı il təvəllüdlü Qasımov Hüseyn Ramiz oğlunun 5 yanvar 2021-ci il tarixində təxris olunacağı xəbərini eşidərək sevincindən vəziyyəti ağırlaşıb. 2021-cil il yanvarın 8-də vəfat etib.

Qeyd edək ki, oğlu Hüseyn ordu sıralarına könüllü yazılmış və oktyabr ayında xidmətə yollanmışdı.


Şəfa Nəsibova


Loading...