Ölkəmizdə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutub  - FOTO
Cəmiyyət
09.06.2021 17:53
771

Ölkəmizdə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutub - FOTO

Ölkəmizdə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutub.

MediaBaku.az-ın məlumatına görə, sammitin mövzusu əmək bazarında işçi qüvvəsinin rəqəmsal biliklərinin artırılması və sosial innovasiyaya həsr olunub.

TECH4GOOD platformasının təsisçisi Günay Muxtarova bildirdi ki, Sammit Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) Bakı Nümayəndəliyi, Nyu-York Texnologiya İnstitutu, “Cerracap Cares”, “Technovate Investments”, “Arbisoft” əməkdaşlığı nəticəsində ərsəyə gəlib. 


Sammitdə texnologiyanın dünyanın ayrı-ayrı ölkələrində cəmiyyətin sosial və ətraf mühitə dair problemlərin həllində innovativ yanaşma nəticəsində müsbətə doğru gətirdiyi dəyişikliklərdən bəhs edilib. Tədbir ərzində fərqli ölkələrdən dünyamiqyaslı akademik tədrisçi mentorlar, startap, ekosistem liderləri və investorlar məruzəçi qismində çıxış ediblər. Eləcə də, ətraf mühit sahəsində uğur qazanan innovativ startaplar hekayələrini auditoriya ilə bölüşüblər.


Günay Muxtarova qeyd etdi ki, TECH4GOOD platforması gələcəkdə sözügedən mövzu ətrafında maarifləndirmə işini davam etdirəcək.


Loading...