Ölkəmizdə koronaya 10 milyon adam yoluxmalı idi  - ŞOK AÇIQLAMA
Cəmiyyət
15.12.2020 14:45
193

Ölkəmizdə koronaya 10 milyon adam yoluxmalı idi - ŞOK AÇIQLAMA

Dünya üzrə COVİD-19 virusunun yayılma əmsalı ölkədən-ölkəyə dəyişir, amma virusun çox yoluxucu olduğunu nəzərə alsaq, yayılma koofisenti ortalama 2-yə bərabərdir. Yəni bir yoluxmuş xəstə simptomlar yaranana və izolyasiya olunana qədər ən azı 2 nəfəri yoluxdurur.

Axar.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, yoluxmada artım ədədi silsilə ilə gedir:

“Məsələn, Azərbaycanda noyabrın 28-də ilk dəfə yoluxma halı rəsmən 4000 nəfəri keçdi. Deməli, həmin 4000 nəfər ən azı 8000 nəfəri yoluxdurub, ədədi silsilə ilə 8000 nəfər də 16000 vətəndaşı, 16000 insan 32 min vətəndaşı və beləliklə 10 dekabr tarixinə artıq 10 mln. nəfər yoluxmalı idi.

Ya ölkə əhalisinin hamısı artıq yoluxub, sağalan sağalıb, ya da virusun dəhşətli dərəcədə yoluxucu olması doğru təsbit deyil”.

Loading...
Loading...