Ordumuz Qarabağdakı bu yolu nəzarətə götürdü  - Sakinlər təxliyə olundu
Siyasət
14.12.2020 22:51
522

Ordumuz Qarabağdakı bu yolu nəzarətə götürdü - Sakinlər təxliyə olundu

Azərbaycan Ordusu Şuşanın Böyük Qaladərəsi kəndi ilə Laçın-Şuşa yolunu birləşdirən və Kiçik Qaladərəsi kəndinə aparan yolu nəzarətə götürüb.

KONKRET.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in sepapartçı-terrorçu üzvlərindən olan Jirayr Mirzoyan deyib.

“Bu, görünməmiş haldır. Azərbaycan Ordusu dünən səhərdən yolda yerləşib. Onlara belə əmr verildiyini deyirlər”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, rus sülhməramlılarının yardımı ilə bir müddət əvvəl geri qayıtmış yerli sakinlər təxliyə olunub.

Mirzoyan bildirib ki, Böyük Qaladərəsi kəndində 60 sakindən yalnız 15 nəfər qalıb. Kiçik Qaladərəsində isə kimsə yoxdur.

Qeyd edək ki, Köhnə Tağlar və Çaylaqqala kəndlərinə yaxın ərazilərdəki erməni silahlı terrorçularının hücumlarına son qoymaq üçün dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti anti-terror əməliyyatı həyata keçirmiş və sözügedən kəndləri birbaşa nəzarətə götürmüşdü. Eyni zamanda Böyük Qaladərəsi və Kiçik Qaladərəsində gizlənən terrorçulara da xəbərdarlıq edilmişdi.

DTX-nın və MN-nin yaydığı birgə məlumatda da Bəyanata zidd olaraq fəaliyyət göstərən və meşələrdə gizlənərək, terrorçu fəaliyyətini davam etdirən erməni silahlılarına qarşı lazımı tədbir görülməyəcəyi təqdirdə Azərbaycanın lazımı addım atacağı bildirilmişdi.

Loading...