Cəmiyyət
30.12.2020 20:41
238

"Ordumuzun gəldiyini Şuşa türməsində eşitdim" - Dilqəm Əsgərov

"Hələki özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım”.

MediaBaku.az xəbər verir ki, bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov Unikal.org-a açıqlamasında bildirib. O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər:

"Mən türmədə ermənilərə də deyirdim ki, gec-tez Azərbaycan əsgəri gələcək.Bu gün xoşbəxtəm ki, ordumuz gözəl torpaqlarımızı azad etdi.Qarabağımız, Kəlbəcərimiz azad oldu.Bundan böyük sevinc ola bilməz.Allah şəhidlərimizə rəhmət eləsin.Prezidentimizə də bizi vətənə qaytardığı üçün təşəkkür edirəm. Ermənilər məni təzə tutanda işgəncə verdilər. Hər əlimdən bir barmağımı sındırdılar. Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər. Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim.  Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın "Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum. Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm".

Loading...
Loading...