Övladı Vətən müharibəsində döyüşən ana:
Cəmiyyət
09.12.2020 16:19
312

Övladı Vətən müharibəsində döyüşən ana: "Belə oğul anası olduğum üçün çox xoşbəxtəm"

Övladı Vətən müharibəsində döyüşən Sevinc Cəlilova yazır: Hər zaman hüquqşünas olmaq istəmişəm. Lakin həyat şəraiti elə gətirdi ki, bu mümkün olmadı. Mənim iki övladım var. Böyük oğlum uşaqlıqdan hərbiyə həvəsi var idi. Həmişə mənə tarixi əsərlər oxuyardı. Artıq o, yaş keçdikcə daha da vətənpərvər ruhda böyüməyə başladı. Bir gün mənə "mən hərbçi olmaq istəyirəm" deyəndə mən onun seçiminə qarışmadım. Çünki əslində özümlə qürur duydum ki, mən bir ana, valideyn kimi belə, Vətəni sevən bir igid oğul böyütmüşəm. Mənim oğlum Vətən müharibəsində düşmənə qarşı vuruşub. Onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Hər dəfə zəng edəndə mənə deyirdi ki, "Ana, darıxma biz erməniləri qovub öz torpaqlarımızdan çıxaracağıq”. 

Həqiqətən də, bir ana kimi çox qürur duydum. Özlüyümdə dedim ki, oğlum, sən nə tez böyüdün? Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini eşidəndə çox sevindik. Nəhayət, 30 ildən sonra torpaq həsrəti sonlandı. Bu gün Azərbaycan Ordusunun gücünə bütün dünya bələddir. Hər kəs Azərbaycanın zəfərindən, Ermənistan üzərində tam qələbəsindən yazır. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu.

Seyraqub deyirdi ki, Ali Baş Komandan sentyabrın 27-də döyüş əmri verəndə bir hərbçi kimi üzərimizə böyük məsuliyyətin düşdüyünü anladım. Bu günü çoxdan gözləyirdim. Çünki artıq 30 il idi ki, torpaqlarımız işğal altında idi. Artıq Vətənin haqq işini başa vurmağın vaxtı idi. Vətən müharibəsinin ilk günündən erməni hərbi qulluqçuları Azərbaycan Ordusunun gücünü gördü. 

Vətən müharibəsində şəhid olanlara rəhmət, valideynlərinə isə səbr diləyirəm. Biz bu gün onlara borcluyuq. Bu zəfəri şəhidlərin qanı bahasına qazanmışıq.

Loading...