Pakistan Fransaya etiraz etdi
Dünya
26.10.2020 14:47
189

Pakistan Fransaya etiraz etdi

Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.

Mediabaku-nun məlumatına görə, nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.

Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb.

Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:

“Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur”.

Loading...
Loading...