Pakistanda qar faciəsi, ölənlərin sayı 22-yə çatdı
İdman
12.01.2022 00:42
431

Pakistanda qar faciəsi, ölənlərin sayı 22-yə çatdı

Pakistanın şimal bölgəsində yağan güclü qar nəticəsində yüzlərlə insan maşınlarda qapalı qalıb.


MediaBaku.az xəbər verir ki, ölənlərin sayı 22-yə çatıb. Verilən açıqlamaya görə, çox sayda turist yağan qarı izləmək üçün Pakistanın  Mari bölgəsinə gedib və təxminən 500 ailə bu bölgədə qapalı qalıb. Qapalı vəziyyətdə qalan insanlar üçün sığınacaqlar qurulub.Bölgənin yaxınlığında yerləşən restoran və otellər insanları yemək və yorğanla təmin edib.


Yağan qarın 1,5 metr uzunluğunda olduğu bildirilir.


Qeyd edək ki, ölənlərin 10-nun azyaşlı uşaq olduğu bildirilib, 6 nəfər isə donaraq həyatını itirib.


Sadiq İsmayılov

Loading...
Loading...