Pakistandan Azərbaycana QARDAŞ DƏSTƏYİ  - Səfir AÇIQLADI
Siyasət
12.12.2020 13:00
183

Pakistandan Azərbaycana QARDAŞ DƏSTƏYİ - Səfir AÇIQLADI

“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub. Azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb.

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib.

O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qürur duyduğunu ifadə edib.

Loading...
Loading...