Papadan yeni il qabağı SƏRT MESAJ : münaqişəyə son verin
Dünya
22.12.2020 23:15
247

Papadan yeni il qabağı SƏRT MESAJ : münaqişəyə son verin

Katoliklərin Ruhani Lideri Papa Francis, dekabrda Miladdan əvvəl ənənəvi bir çıxış edərək Vatikandakı bürokratları dedi-qoduları dayandırmağı və münaqişəyə son verməyə çağırıb.


MediaBaku.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz ənənəsi üzrə bu ildə Yeni İl qabağı Apostol sarayında keçrilən iclasda  çıxış edən Papa Francis digər illərdən fərqli olaraq bu dəfə sərt danışıb.


Papanın hədəfində bu dəfə Vatikandakı bürokratlar da olub.


O, qarşıdurmanın yalnız ziyan vurduğunu, o cümlədən də kilsələrin dağıdılmasına səbəb olduğunu bildirib. Bu səbəblə münaqişəni dayandırmağı və birlikdə sülh içində yaşamağın lazım olduğunu diqqətə çatdırıb..


Papa sonda bürokratlara daha faydalı işlərlə məşğul olmağı tövsiyə edib.

 
Fəxriyə Qarayeva

Loading...