Partiya sədrinin ziyarət təəssüratları:
Siyasət
01.06.2021 09:49
37

Partiya sədrinin ziyarət təəssüratları: "Oğluma tarixi şəxsiyyətlərimizi tanıtmaqdan gerçəkdən də qürur duydum"

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov oğlu ilə birgə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Hərbi Qənimətlər Parkına baş çəkib.

MediaBaku.az xəbər verir ki, partiya sədri bu barədə "Facebook" səhifəsində paylaşım edib.

“Böyük övladım Məhəmmədin Vətənimizin pərvəri kimi böyüməsi, yetişməsi üçün onunla tariximiz, tarixi şəxsiyyətlərimiz, milli dövlətçiliyimiz, şəhid və qazilərimiz, Vətən müharibəsindəki Zəfərimiz haqda tez-tez söhbətlər edirəm. Bu dəfə isə istədim ki, oğlumla Vətən dərslərimiz təkcə söhbətlər, xatirələr çərçivəsində məhdudlaşıb qalmasın. Odur ki, Məhəmmədlə birlikdə Ulu Öndərimiz Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, İkinci Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkını ziyarət etdik. Çox möhtəşəm bir ziyarət oldu. Təəssüratlarımız böyükdür. Olduqca yaddaqalan, xoş anlar yaşadıq. Oğluma tarixi şəxsiyyətlərimizi və qəhrəmanlarımızı tanıtmaqdan gerçəkdən də qürur duydum. İnşAllah ziyarətlərimiz davam edəcək”, - deyə o, paylaşımında bildirib.


Loading...