Paşinyan “Qazprom Ermənistan”ı cinayət işilə təhdid etdi -  FOTO
Siyasət
16.06.2021 21:16
444

Paşinyan “Qazprom Ermənistan”ı cinayət işilə təhdid etdi - FOTO

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” və Zəngəzur mis-molibden kombinatını cinayət işlərilə təhdid edib.

Bu barədə info24.ru məlumat yayıb.

O, ölkənin iki ən iri vergi ödəyicisinə qarşı ittihamları seçicilərilə görüşü zamanı səsləndirib. Paşinyan bəyan edib ki, bu şirkətlərin rəhbərliyi əməkdaşları bu və ya digər siyasi qüvvələrin mitinqlərinə qatılmağa və qarşıdan gələn parlament seçkilərində “lazımi qaydada” səs verməyə məcbur edir.

“Əgər bu faktlar öz təsdiqini taparsa, biz bununla məşğul olacayıq. Bunun çox ağır nəticələri olacaq, cinayət işləri qaldırılacaq”, - deyə o, qeyd edib.

Loading...