Paşinyan yenə özünü biabır etdi: Lavrova əvvəlcə prezident, sonra baş nazir dedi - VİDEO
Dünya
13.06.2021 12:33
43

Paşinyan yenə özünü biabır etdi: Lavrova əvvəlcə prezident, sonra baş nazir dedi - VİDEO

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan növbəti dəfə özünü gülünc vəziyyətə salıb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Belə ki, erməni lideri Qeqarkunik əyalətində seçicilər qarşısında çıxışı zamanı kobud səhvə yol verib. O, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya prezidenti adlandırıb. Bundan sonra guya səhvini anlayan Paşinyan özünə düzəliş edib və Sergey Lavrovu Rusiyanın baş naziri adlandırıb.

Paşinyanın çıxışı zamanı etdiyi səhvlərə hətta erməni nazir Suren Papikyan və arvadı Anna Akopyan da özünü saxlaya bilməyərək gülüb.
//baku.tv/az/dunyaa/39581/

Loading...