Paşinyana qarşı toplaşan etirazçılar İrəvanın küçələrində tıxac yaratdı
Dünya
09.12.2020 00:31
217

Paşinyana qarşı toplaşan etirazçılar İrəvanın küçələrində tıxac yaratdı

Ermənistan baş naziri Nikol Paşinyanın istefasına çağıran etirazçılar İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

MediaBaku.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar ağır yük maşını ilə Myasnikyan prospektini bağlayıb.

Maştots prospektində etirazçılarla birlikdə nümayiş edən ARF rəsmisi Gegham Manukyan polis tərəfindən nəzarətə alınıb.

Nümayişlər şəhərin bir çox yerində davam edir.

Ayişəgül Əhmədova

Loading...
Loading...