Paşinyandan narazı olanlar yenidən İrəvan küçələrinə çıxdılar
Siyasət
29.12.2020 18:38
331

Paşinyandan narazı olanlar yenidən İrəvan küçələrinə çıxdılar

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər yürüşü başlayıb.


MediaBaku Milli.Az-a istinadən bildirir ki, aksiya İrəvanın kənarındakı meydanlardan birindən başlayıb. Etirazçılar "Nikolsuz Ermənistan" şüarları səsləndirərək paytaxtın mərkəzinə tərəf gedir. Polis hələ etirazçıların hərəkətlərinə müdaxilə etməyib.


Qeyd edək ki, Ermənistandakı etiraz aksiyaları Nikol Paşinyan Qarabağda atəşkəs haqqında sazişi imzaladıqdan sonra başlayəb. Paşinyanın getməsini tələb edən müxalif qüvvələr hökumətin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Loading...