Payetin Messinin
İdman
26.10.2021 20:25
34

Payetin Messinin "başına açdığı oyun" gündəm oldu (VİDEO)

Fransa Liqa 1-də ötən turun mərkəzi matçı olan "Olimpik"(Marsel) - PSJ matçındakı (0:0) epizod hələ də sosial şəbəkələri dolaşır.


Belə ki, görüşün sonlarında Messiylə hücum qurmağa hazırlaşan PSJ-nin bu cəhdi uğursuz alınıb. Belə ki, meydan sahiblərinin ulduz futbolçusu Dmitri Payet ildırım sürətiylə şığıyaraq 34 yaşlı hücumçudan topu alıb və fəndlərlə Messini aldadıb.


Bir çox futbol səhifələrində paylaşılan görüntülər izləyicilərin böyük marağına səbəb olub. Futbolsevərlər "Payet Messini qovurdu", "Payet Messiyə futbol dərsi keçdi" kimi ifadələrlə argentinalıya söz atıblar.

Loading...
Loading...