Peyvənd strategiyası
Ölkə
30.07.2021 09:42
940

Peyvənd strategiyası

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq  üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bunulada orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır. Çünki vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün, xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaranmır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır və onların hər biri səmərəli və təhlükəsiz hesab olunur.


Ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır və Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas prioritet vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir. Eyni zamanda, ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.


Ölkədə xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün 20-dən çox xəstəxana ayrılmışdır. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, orada koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.


Bildiyimiz kimi, COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” alırlar. Aparılan elmi tədqiqat işləri göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Odur ki,  “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilir. “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.


“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabını təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).


“İmmunitet sertifikatından” fərqli olaraq “Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqat işləri hazırda davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılması nəzərdə tutulumuşdur.


Mövcud qaydalara ghörə, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaqdır. 2-ci dozadan 6 ay keçdikdən sonra isə, yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab  olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.


Hər bir şəxs ətarfındakıəları qorumaq və öz sağlamlığını dayanıqlı etmək üçün mütləq peyvənd olunmalıdır. Peyvənd olunmaqla biz hamilə qadınları, süd verən anaları və yaşı 18-dən aşağı olan şəxsləri, eləcə də bütün cəmiyyət qorunmuş oluruq.


Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc Tamerlan Əkbərov

Loading...
Loading...