Pilotlarımız “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər - FOTO
Siyasət
23.06.2022 09:27
479

Pilotlarımız “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər - FOTO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.


Bu barədə MediaBaku.az-a Müdafiə Nazirliyindən məlumat evrilib.


Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.


Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.


Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.



Loading...
Loading...