Müharibə
04.01.2021 11:25
700

"Polad Həşimovun qisasını almadan ailə həyatı qura bilmərəm" - Şəhid Röyal Ələkbərovun son sözləri

Fizuli - Cəbrayıl istiqamətində gedən döyüşlərdə Şəhid olan Röyal Ələkbərovun anasının MediaBaku.az-a müsahibəsini təqdim edirik:


- Allah Şəhidimizə rəhmət eləsin rəhmət eləsin. İgidlərimiz canı bahasına torpaqlarımzı geri aldı. Allah səbr versin sizə. İstərdim bir ana kimi Şəhidimiz haqda danışasınız.


- Danışmağa sözlər çoxdu. Bir ana kimi insan təsəvvür edə bilmir nə desin. Uşaqlıqdan hərbçi əsgər olmağa həvəsli idi. Özü, bizim xəbərimiz olmadan, sənədlərini düzəldib Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. 16 oktyabrda oğlumun şəhid xəbərini aldım.


- Necə oldu ki, döyüşlərə qatılmaq qərarına gəldi? 


- Gəncədə "N" saylı hərbi hissədə səfərbərliyə çağırılanlara təlim keçirilirdi.  Xalası oğlu Fərəcov Əhməd 2-ci Qarabağ müharibəsində Fizuli istiqamətində gedən döyüşlərdə  yaralanandan sonra, onu o vəziyyətdə görəndən sonra, demişdi ki, mən də ərizə yazıb, könüllü gedirem. Və ərizə yazıb, könüllü olaraq öz briqadası ilə birlikdə ön cəbhədə döyüşə getdi.  Fizuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə oktyabr ayının 16-da şəhid oldu.


- Müharibə zamanı sizinlə əlaqə saxlayırdımı?


- Bəli, hər səhər danışırdıq, hər dəfə danışanda da, açıq danışmırdı. Deyirdim necəsən? Cavab verirdi ki, hər şey qaydasındadır. Cəbrayılda olanda deyirdi ki, uşaqlarla Cəbrayıl müəllimgildəyik. Qonaq gedirik, qonaq gəlirik. Hemişə üstü örtülü  danışırdı. Məxfiliyi qoruyurdu. Ondan nəisə soruşanda çətinliyi olsa belə demirdi. Hərbi sirrimizi qoruyub, saxlamağa üstünlük verirdi. Lakin öz bölməsində olan əsgərlərlə maraqlanardı. O əsgərlər də bu yaxınlarda zəng edib, Fermail müəllimə təşəkkürlərini bildirdilər ki, çox sağolun ki, belə bir oğul böyütmüsünüz. Həmişə onun işlətdiyi bir söz var idi ki, "Mənim məqsədim siz əsgərləri yaşatmaqdı. Atanıza, ananıza sizi sağ salamat təhvil vetməkdir. Mən şəhid olsam da olar. Sizlər şəhid olmayın ki, sizin yolunuzu gözləyən var". O, əsgərlərini özündən də çox istəyirdi. Allah rəhmət eləsin, şəhidimiz çox böyük iz qoyub getdi. O yüksək xidmətlərinə görə mükafatlandırılıb. Təltifləri var.  Çox sağolsun cənab Prezidentimiz, Ali Baş Kamandanımız "Vətən uğrunda" medalını verdi. İcra hakimiyyətindən, sosial təminatdan hamı gəldi maraqlandı sağolsunlar. Bu günkü gün elə bir problemimiz yoxdur. Biz ancaq vətən üçün doğulmuşuq, vətən torpaqlarımız üçün şəhid olmağa hər zaman hazırıq. Onu özümüzə şərəf bilirik.


- Bir övlad kimi əsas xüsusiyyətləri nələr idi?


- Çox kiçik yaşlarından hərbçi olmaq isteyirdi. Həmişə deyib gülən biri idi. Belə narahat insan deyildi. Böyük-kiçik yeri bilən idi. Həmişə evə böyük gələndə, oturduğu yerdən qalxar, böyüyünə yer göstərərdi. Böyüklərinin hörmətini saxlayardı. Sakit insan idi.


- Röyal qəhrəmancasına vuruşaraq Şəhid olub. Bütün bunlar sizə necə duyğu verir?


- Qürur duyuram övladımla.


- Hər bir övladın valideynlərinə bir vədi olur. Röyalın sizə vədi var idimi?


- Vədi yox idi. Sadəcə son danışığı var idi. Son dəfə mən danışdım. "Ana özünüzdən müğayət olun. Məndən heç narahat olmayın. Hər şey qaydasındadır. Deyib gülməyə başladı. Son gülüşü hələ də qulağımdadır. 


- Oğlunuz hansı filmləri, kitabları sevirdi. Xüsusi olaraq dinlədiyi mahnılar var idimi?


- Ancaq döyüş xarakterli oyunlar oynayardı. Amma belə ən çox oxuduğu kitablar tarix kitablar idi. Həmişə araşdırırdı. Ümumiyyətlə özlüyündə torpaqlarımızın işğal olunmasını qəbul edə bilmirdi.  Qədim dünya tarix xitablarında həmişə axtarışda idi. Baxdığı filmlər isə keçmiş Azərbaycan filmləri idi. Tarixi filmlər üstünlük təşkil edirdi. Getdikdən bir gün sonra dayısı Hafiz müəllimlə telefon danışığı olub. O ərəfərdə ilk leytenant rütbəsini alanda Daşkəsənə hərbi hissəyə gəlmişdi. Biz çox xatirəsini əziz tutduğumuz milli qəhrəman General Polad Həşimov Röyalın ilk hərbi hissə komandiri olmuşdu. Polad Həşimovun  ölümü Röyala çox təsir eləmişdi. Polad Həşimov onu komandır kimi tərbiyə etmişdi. O, generalın ölümünə təsəlli tapa bilmirdi. Generalın qisasını ala bilmək ümidi ilə yaşayırdı. Heç vaxt evlənmək haqqında düşünmürdü. Demişdi ki, nə qədər Polad Həşimovun qanı alınmamış, torpaqlarımız azad olunmamış mən o barədə düşünə bilmərəm. Şuşaya bayrağımız taxılandan sonra mən rahat nəfəs alacam.


- Dövlət qayğısı ilə bağlı da danışmağınızı istərdik. Gəlib maraqlananlar olurmu?


- Əlbəttə bütün aidiyyatı orqanlar gəlib maraqlanıb. Kömək göstəriblər. Həftədə ən az 2 dəfə gəlib maraqlanıblar. Bugünkü gün biz onlardan çox razıyıq. Şəhid analarına, şəhid atalarına diqqətə, qayğıya görə, onları əziz tutduğuna görə Ali Baş Kamandan İlham Əliyevə minnətdaram. Var olsun Ali Baş Kamandanımız. Bu gün aidiyyatı orqanların rəhbərləri Cənab Prezidentin etimadını doğruldur. 


Ayişəgül Əhmədova

Loading...