Polis Yeni il şənliyi keçirilən villaya basqın etdi: 29 nəfər saxlanıldı
Dünya
01.01.2021 19:02
1357

Polis Yeni il şənliyi keçirilən villaya basqın etdi: 29 nəfər saxlanıldı

Türkiyədə Yeni il şənliyinin keçirildiyi villaya polislər basqın edib.


MediaBaku.az Sfera.az-a istinadən xəbər verir ki, Türkiyənin Silivri bölgəsində polislər H.K.K. adlı bir şəxsin kirayə götürdüyü evdə Yeni il gecəsi qonaqlıq veriləcəyi ilə bağlı məlumat alıblar.


Villanı nəzarətdə saxlayan polislər bayram axşamı partiyə basqın ediblər.


Xarici qonaqlar da daxil olmaqla 29 nəfər karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onlardan 10-nun qadın, 19 nəfərin isə kişi olduğu bildirilir.

Loading...