Prezident İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib
Siyasət
03.02.2021 17:31
959

Prezident İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Qotabaya Racapaksaya təbrik məktubu göndərib.


MediaBaku.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:


"Hörmətli cənab Prezident,


Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.


İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımız davam edəcəkdir.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

Loading...
Loading...