“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları və 8 noyabr Zəfər günü! Möhtəşəm parad!” - FOTO
Cəmiyyət
23.12.2020 17:39
272

“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları və 8 noyabr Zəfər günü! Möhtəşəm parad!” - FOTO

23 dekabr 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon Gənclər Birliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları və 8 noyabr Zəfər günü! Möhtəşəm parad!” mövzusunda onlayn formatda elmi konfrans keçirilib. 


MediaBaku.az xəbər verir ki, konfransda Milli Məclisin deputatları; 
siyasi elmlər doktoru, professor - Elman Nəsirov, Vüqar İskəndərov, Ramin Məmmədov, həmçinin zəngilanlı gənc fəallar və bir sıra təşkilatların rəhbərləri iştirak etdilər. 


Tədbirdə çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı cənab Prezident İlham Əliyevin fəaliyyəti, onun  güclu və müasir ordu quruculuğu sayəsində Vətən Müharibəsində böyük zəfər qazanması, müasir Azərbaycan tarixində şanlı tarix yazmış görkəmli dövlət xadimi kimi fəaliyyəti barədə müfəssəl məlumat verərək qeyd etdilər ki, cənab Prezdentin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin özünün dediyi kimi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında sonsuz inam və güclü etibar qazandırdı. 


İkinci Qarabağ müharibəsində isə Prezident İlham Əliyev əzmkarlığı, qətiyyətli rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmi, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi.


Artıq bu gün tam məsuliyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin Qarabağda həyata keçirdiyi Vətən Müharibəsi gələcəkdə çoxsaylı hərbi və siyasi tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır!


Loading...
Loading...