Prezident Qərargaha mesaj göndərdi ki, bu qadağanı ləğv et!
Siyasət
02.05.2021 13:35
1130

Prezident Qərargaha mesaj göndərdi ki, bu qadağanı ləğv et!

Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi, həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır, insanlar normal şəkildə idmanla məşğul olmalıdır. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir.


MediaBaku.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında qeyd edib.


Deputat iddia edib ki, bizdə çevik jurnalistika yoxa çıxmış kimidir:


“Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə Prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”.

Loading...