Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir?  - DOSYE
Siyasət
08.01.2021 15:26
575

Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


MediaBaku.Az xəbər verir ki, Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra o, 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə yiyələnib. 1997-1999-cu illərdə isə Nərgiz Qurbanova Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.


O, həmçinin 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Avstriyanın Vyana Universitetindən fəlsəfə elmləri doktoru dərəcəsi alıb.


Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.


O, həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.


Nərgiz Qurbanova, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.


Ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız və rus dillərini bilir.

Loading...
Loading...