Siyasət
16.01.2021 22:32
375

"Prezidentin Şuşaya səfəri zamanı ötürdüyü mesajlar Azərbaycanın əzmini və birliyini bütün dünyaya göstərdi"

Növbəti Uğur...! Uğura gedən yol bu dəfə Şuşadan başladı. Ölkə Prezidenti İlham Əliyevin və Birinci  Vitse - Prezident Mehriban Əliyevanın Şuşaya səfəri xalqımızın Zəfər sevincinə sevinc qatdı, tarixi bir gün oldu. Bu şanlı səfər həm də xalqımızı qürurlandırdı, xəyallardakı diləklərin gerçəkləşdiyi bir gün oldu.

Hər bir Azərbaycanlının Milli Qəhrəmanı, xalqın Xilaskarı Cənab Ali Baş Komandanımızın mənfur düşmən işğalından azad olunan mədəniyyət beşiyi, Qarabağın tacı Şuşaya səfəri və səfər zamanı ötürdüyü mesajlar Azərbaycanın əzmini, qüdrətini, gücünü, birliyini bütün dünyaya göstərdi. 

Barbar düşmən Şuşanı işğal edən zaman Azərbaycan tarixinin izlərini silmək məqsədilə tarixi, dini abidələrimizi dağıdıb, Azərbaycana məxsus maddi - mədəniyyət nümunələrini yerlə yeksan ediblər. Mədəni  sərvətlərlə mübarizə heç bir əxlaq çərçivəsinə sığmır.


Səfər zamanı videoçəkilişlərdən görüntüləri izlədik və bu görüntülər dünya ictimaiyyətinə göstərildi.  Ermənilərin vandal, barbar dəyərlərə söykəndiyi açıq - aydın göründü. 


Ölkə Prezidenti Cənab İlham Əliyev Şuşaya səfəri zamanı çıxışında “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın.” sözləri Ali Baş Komandan - Ordu - Xalq birliyinin gücünü və "Dəmir Yumruq" əməliyyatını bir daha düşmənə xatırlatdı.


Günay Ağamalı

Ana Vətən Partiyasının Qadınlar şurasının sədri

İlham Əliyev
Ali Baş Komandan
Qarabağ
Şuşa
Loading...
Loading...