Putin ona edilən təklifi tənqid etdi:  “Çar Rusiyasının sonunun necə gəldiyini bilirsiniz”
Siyasət
10.12.2020 23:30
177

Putin ona edilən təklifi tənqid etdi: “Çar Rusiyasının sonunun necə gəldiyini bilirsiniz”

Vladimir Putin Rusiyada təklif edilən kütləvi əfv ideyasını Çar Rusiyası ilə müqayisə etdi.

MediaBaku.Az Yeniavaz-a istinadla xəbər verir ki, Putin kütləvi əfv məsələsini diqqətlə müzakirə etməyi təklif edib.

O bildirib ki, məhbusların kütləvi əfv edilməsi müxtəlif problemlərə gətirib çıxara bilər:
“Bu məsələyə diqqətlə baxmalısınız. Çar Rusiyasının sonunun necə gəldiyini bilirsiniz. O vaxt küçələrdə müvəqqəti hökumət tərəfindən həbsxanalardan sərbəst buraxılan çox sayda insan var idi və bu, bütün ölkə üçün mənfi nəticələrə gətirib çıxardı”.

Loading...